Ana Sayfa > Seçki 2024 > Şirvan şəhərində gənclərin İT biliklərinin artırılması məqsədilə keçirilən “Best İT” və “Gənc Dizayner” layihələrinə yekun vurulub

Şirvan şəhərində gənclərin İT biliklərinin artırılması məqsədilə keçirilən “Best İT” və “Gənc Dizayner” layihələrinə yekun vurulub


14-09-2023, 15:01. Yazar: sevinc1
Şirvan şəhərində gənclərin İT biliklərinin artırılması məqsədilə keçirilən “Best İT” və “Gənc Dizayner” layihələrinə yekun vurulub

AİA.Az xəbər verir ki, Şirvan Gənclər Evinin nəzdində fəaliyyət göstərən Kompüter Mərkəzinin təşkilatçılığı ilə “Təcrübə ilə öyrən” devizi altında keçirilən "BEST İT" və “Gənc Dizayner” layihələri 08.09.2023-cü ildə mükafatlandırma mərasimi ilə yekunlaşıb.
Beş ay davam edən “Best İT” layihəsi çərçivəsində gənclərə kompüterin texniki təminatı, proqram təminatı, “Windows 10” əməliyyat sistemi, alqoritmlərin əsasları, “Python” proqramlaşdırma dili (ilkin səviyyə), “MS Word”, “MS Excel”, “MS PowerPoint” proqramları üzrə dərslər keçirilib.
“Gənc dizayner” layihəsi çərçivəsində isə gənclərin “Adobe Photoshop” və “Adobe Illustrator” proqramları üzrə praktiki dərslər keçirilib.
Hər iki layihə iştirakçılarının sosiallaşması və dünya görüşlərinin artırılması məqsədilə həftədə bir dəfə müəyyən mövzular üzrə təlimlər keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək, onlar arasında proqramlaşdırma sahəsinə marağı artırmaqdır.
Qeyd edək ki, 5 ay davam edən hər iki layihə çərçivəsində ümumilikdə 80-ə yaxın gənc iştirak edib. Layihə iştirakçıları nailiyyət imtahanının ardından keçirilən mükafatlandırma və bağlanış mərasimində sertifikatlarla təltif olunub.

Geri dön