Ana Sayfa > Özəl / İdman > İcra başçısı “Gəncə” voleybol klubunun üzvləri ilə görüşüb
İcra başçısı “Gəncə” voleybol klubunun üzvləri ilə görüşüb13-09-2023, 19:23. Yazar: sevinc1 |
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qadın voleybolçularından ibarət “Gəncə” klubunun üzvlərini qəbul edib. aia.az xəbər verir ki, görüşdə klubun Müşahidə şurasının sədri, Milli Məclisin üzvü Müşfiq Cəfərov, klubun prezidenti Elvar Osmanov, koordinatoru, Əməkdar məşqçi Elçin Süleymanov, baş məşqçi Sergey Çasnavitski, Gəncə şəhər İH-nin məsul əməkdaşları və klub üzvləri iştirak ediblər. Şəhər rəhbəri Niyazi Bayramov dövlət başçısı İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmana göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb və klub üzvlərinə uğurlar arzulayıb. Klubun Müşahidə şurasının sədri, deputat Müşfiq Cəfərov səmimi görüş üçün şəhər rəhbərinə təşəkkürünü bildirib və klub haqqında geniş məlumat verib. Qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan çimərlik voleybolu üzrə Azərbaycan çempionatında “Gəncə” klubu uğurla çıxış edərək gümüş medala sahib olub. Görüşdə həmçinin “Gəncə” klubunun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb. Sonda xatirə şəkli çəkdirilib. Xatırladaq ki, qadın voleybolçularından ibarət “Gəncə” klubu bu ilin avqust ayında yaranıb. Qısa müddət ərzində kluba xarici ölkələrdən idmançılar cəlb olunub. Yeni mövsümdən Azərbaycan Yüksək Liqasında çıxış edəcək klub ev oyunlarını Gəncə şəhərində keçirəcək. Azər Tağızadə Geri dön |