Ana Sayfa > Ölkə > Azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb
Azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb13-09-2023, 17:24. Yazar: sevinc1 |
Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb. Bu barədə aia.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır: "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir". aia.az Geri dön |