Ana Sayfa > Siyasət > "Humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın səmərəsiz strategiyasıdır" -
"Humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın səmərəsiz strategiyasıdır" -13-09-2023, 16:28. Yazar: sevinc1 |
![]() “Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və onun rejiminin səmərəsiz strategiyasıdır”. aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb. “Biz sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşınları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının sürətlə və eyni vaxtda açılmasını təmin etmək üçün BQXK ilə işi davam etdiririk”, - o vurğulayıb. Prezidentin köməkçisi qeyd edib ki, həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir: “Biz beynəlxalq tərəfdaşlarımızı səylərini ikiqat artırmağa, Ermənistana və onun qeyri-qanuni marionet rejiminə bu destruktiv siyasətə son qoymaq üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək onların səmərəsiz strategiyasıdır”. aia.az Geri dön |