Ana Sayfa > Seçki 2024 > YAP İmişli rayon təşkilatında sertifikasiyadan yüksək nəticə qazanmış müəllimlərlə görüş keçirilib

YAP İmişli rayon təşkilatında sertifikasiyadan yüksək nəticə qazanmış müəllimlərlə görüş keçirilib


13-09-2023, 13:14. Yazar: sevinc1
YAP İmişli rayon təşkilatında sertifikasiyadan yüksək nəticə qazanmış müəllimlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində İmişli rayonu üzrə ən yüksək bal toplayan müəllimlərlə görüş keçirilib. Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini, “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov, məktəb direktorları və müəllimlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev müəllimləri qazandıqları uğur münasibəti ilə təbrik edib, Azərbaycan müəlliminin keçdiyi uzun və şərəfli yoldan danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkəmizdə təhsil sahəsində çox mühüm işlər görülüb. Cənab Prezident Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirməkdə, elm, təhsil və mədəniyyətimizi xalqımıza layiq olan yüksəklərə qaldırmaqda israrlıdır.
Çıxış edən “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov qeyd edib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.
Çıxış edən məktəb direktorları və müəllimlər göstərilən diqqətə görə xüsusi minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda yüksək nəticə göstərmiş müəllimlər “Fəxri fərman”la təltif olunub, müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Geri dön