Ana Sayfa > Seçki 2024 > “Səyyar qəbul otağı” Ərəbşalbaş kənd sakinlərinin ixtiyarında oldu

“Səyyar qəbul otağı” Ərəbşalbaş kənd sakinlərinin ixtiyarında oldu


12-09-2023, 19:50. Yazar: sevinc1
“Səyyar qəbul otağı” Ərəbşalbaş kənd sakinlərinin ixtiyarında oldu

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası Qobustan rayonunun Ərəbşalbaş kəndində keçirilib. Ağsu RQİİ-nin rəhbər şəxsləri aksiya iştirakçılarına tədbirin məqsədini izah etdikdən sonra mikrofon kənd sakinlərinin ixtiyarına verilib. Ünvanlanan müraciətlər isə kəndin genişlənmiş ərazisinin mavi yanacaqla təchiz edilməsi, fərdi yaşayış evinin qazlaşdırılması və həyətyanı sahədən keçən qaz xəttinin yerinin dəyişdirilməsi kimi məsələlərlə bağlı olub. Görüşdə səsləndirilən bütün problem və təkliflər qeydə alınıb, həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

aia.az
Geri dön