Ana Sayfa > Parlament > Leysan evləri çökdürdü: 15 ölü
Leysan evləri çökdürdü: 15 ölü20-08-2016, 17:42. Yazar: admin |
![]() Hindistanın mərkəzi və şimalında leysan yağışların yol açdığı sel suları səbəbindən ən az 15 nəfər ölüb. Aia.az-nın "RİA Novosti' agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günü Malxya-Pradeş əyalətində evin dağılması nəticəsində bir ailənin 7 üzvü həyatını itirib. Uttar-Pradeş əyalətində isə sel suları avtomobildə 6 nəfərin ölümünə səbəb olub. Bu əyalətin Varansi şəhərində su basmış evin çökməsi nəticəsində 3 nəfər ölüb. Leysan yağışlar əyalətdə 20 evin dağılmasına yol açıb. İnsanlara müvəqqəti olaraq təhlükəsiz yerlərə getmək tövsiyə olunub. Təbii fəlakətə məruz qalan rayonlarda xilasetmə işləri aparılır. aia.az Geri dön |