Ana Sayfa > Media > Mətinlə Melisa dəbdən düşdülər

Mətinlə Melisa dəbdən düşdülər


20-08-2016, 17:33. Yazar: admin
Mətinlə Melisa dəbdən düşdülər





Azərbaycanda bu ilin 8 ayı ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında populyarlıq qazanmayan adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən Aia.az-a verilən məlumata görə, oğlan uşaqlarına qoyulan adlar arasında ən az populyarlıq qazanan ad Mətin adı olub. Mətin adı cəmi 72 uşağa verilib. Digər populyarlıq qazanmayan oğlan adları isə Ziya (73), Rəşad (73), Əbəlfəz (73), Eşqin (74), İlqar (75), Xəyal (78), Rafiq (78), Adil (78), Elnur (79) adlarıdır.

Qız adları arasında populyarlıq qazanmayan ad isə Melisa adıdır. Bu ad 53 uşağa qoyulub. Digər populyarlıq qazanmayan qız adları Gülnur (53), Məleykə (54), Elay (54), İlahə (56), Gülsüm (56), Cansu (56), Ruqəyya (57), Dilək (57), Səidə (58) adlarıdır.

Qeyd edək ki, il ərzində ən çox qoyulan oğlan adı Yusif (1841), qız adı isə Zəhra (1611) olub.



aia.az
Geri dön