Ana Sayfa > İdman > Mourinyo: "Ona sərbəstlik lazımdır"

Mourinyo: "Ona sərbəstlik lazımdır"


20-08-2016, 17:28. Yazar: admin
Mourinyo: "Ona sərbəstlik lazımdır"







"Manchester United"in baş məşqçisi Joze Mourinyo "Southampton"la matçdan (2:0) sonra fikirlərini bölüşüb.Aial.az xəbər verir ki, portuqal mütəxəssis açıqlamasında nəticədən və futbolçulardan razı qaldığını bildirib: "Kifayət qədər yaxşı oynadıq, vəziyyətə nəzarət etdik və qələbəni haqq etdik. Rahat qələbə qazandıq, hesab daha böyük ola bilərdi. Komanda tədricən təkmilləşəcək, buna doğru addımlayırıq. Futbolçulardan daha çoxunu tələb etmək olmaz. Komandada əhval-ruhiyyə əladır, hamı səylə çalışır. İbrahimoviç həm başı, həm də ayaqları ilə əla oynamağı bacarır. Onun çıxışından razıyam. Poqba da gözəl təsir bağışlayır. O "Manchester United"ə öyrəşir, bunu görməyə şadam. Bəzi maçtlarda Pol hücuma daha yaxın oynayacaq. Ona sərbəstlik lazımdır. Fellayni haqda da xoş sözlər deyə bilərəm".


aia.az
Geri dön