Ana Sayfa > Özəl > Qüdrət adını tarixə yazdı
Qüdrət adını tarixə yazdı11-09-2023, 10:06. Yazar: sevinc1 |
İkinci Qarabağ müharibəsində doğma Azərbaycanımızın bütövlüyünü canından əziz bilən Vətən sevdalılardan bir də Qüdrət Tofiq oğlu Məmmədzadədir. 19 yaşında şəhidlik zirvəsinə ucalan, adını tarixə yazan ölməz qəhrəmanımız Lənkəran rayonunun Sütəmurdov kəndində boya-başa çatmışdı. O, orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda yağı düşmənin əsir etdiyi Vətən torpaqların azadlığı onun birinci arzusuna dönür. Odur ki, 1oktyabr 2019-cu ildə ordu sıralarına yola düşəndə başına yığışan qohum-qonşuya deyir:” Artıq dığaların sonu çatıb, Vətən qeyrətli oğullarını qisasa çağırır. Mən döyüş meydanında yurduma dadanmış düşməni öldürməyə gedirəm. Həm də ışğal altında olan əzəli yurd yerimiz- Qarabağımız azad olmamış silahımı yerə qoymaram. ” Qüdrət Məmmədzadənin əsgərlik həyat Qarabağın qaynar bölgəsində başlanır. Bütün varlığı ilə bağlandığı, müqəddəsliyinə tapındığı Vətənə ləyaqətlə xidmət edir, təlim məşqlərdə fərqlənir və düşməndən tam alacağı öcün gəlişini böyük inamla gözləyir. Yeri düşəndə bu yolda şəhid olmağı şərəf sayır. Nəhayət, Qüdrət 2020-ci il sentyabrın 27-də istəyinə çatır. Əlinə silah alıb erməni dığalarına qarşı müharibəyə girir. İştirak etdiyi gərgin döyüşlərdə cəsurluq, igidlik, mərdlik göstərməklə düşməni çoxsaylı itkilərə məruz qoyur. Beli qırılan dığalardan Vətən torpaqları təmizləndikcə Qüdrət odun-alovun içinə daha ürəklə atılır. Həm də mübarizə meydanında qəhrəmanlığı onunla çiyin-çiyinə vuruşduğu silahdaşlarının qələbə əzminə yeni ruh verir. Döyüşdən-döyüşə bərkiyən igid əsgərin oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində gedən şiddətli döyüşdə cəhənnəmə vasil etdiyi dığaların sayı bilinmir. O, yaşının çərçivəsinə sığmayan bir qəhrəmanlıqla sözün əsl mənasında, tarix yazır. Təəssüf ki, özü də qəfil atılan yağı gülləsinə tuş gəlir. Vətənlə bir döyünən qəlbi dayanır, əbədiyyətə qovuşur. Beləcə, hər bir azərbaycanlının ürəyində özünə taxt-tac quran, qeyrət zirvəsində dayanan Qüdrət Məmmədzadə həm də ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülür. Qüdrət Məmmədzadə bu dünyadan vaxtsız getsə də, onun Vətəni necə sevməyi, halal torpağı uğrunda necə can verməyi tarixə yazılaraq gələn nəsillərə yadigar qaldı. Lənkəran camaatı həmişə öz qəhrəman oğlunun adını iftixarla çəkir. Adını daşıdığı küçədə xatirəsinə bulaq kompleksi ucaldılıb. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |