Ana Sayfa > Karusel / Dünya > “Tehranın ürəyi”nə zərbə endirməyə hazırıq" -
“Tehranın ürəyi”nə zərbə endirməyə hazırıq" -11-09-2023, 10:05. Yazar: sevinc1 |
“İranın dünyada İsrail və yəhudi hədəflərini vurmaq üçün 20-dən çox cəhdi olub. Günahkarları tapmaq üçün İsrail “Tehranın ürəyi”nə zərbə endirməyə hazırdır”. aia.az xarici meiaya istinadən xəbər verir ki, bu fikirləri İsrailin “Mossad” kəşfiyyat idarəsinin rəhbəri David Barney bildirib. Təhlkükəsizlik konfransında danışan Barney qeyd edib ki, İsrail müttəfiqləri ilə birgə son bir ildə Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerika da daxil olmaqla müxtəlif bölgələrdə 27 hücumun qarşısını uğurla alıb: “Bu hücumlar İran tərəfindən diqqətlə planlaşdırılıb və yönləndirilib. Biz danışarkən İran növbəti hücumları etməyə çalışır”. D. Barney vurğulayıb ki, İsrailin cavabı sui-qəsdlərdə iştirak edən agentlərlə məhdudlaşmayacaq: “Bu hücumları təşkil edən komandirlər də vurulacaq və bu, İranın dərinliklərində, “Tehranın qəlbi”ndə olacaq”. aia.az Geri dön |