Ana Sayfa > Karusel / Ölkə > Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb
Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb11-09-2023, 10:00. Yazar: sevinc1 |
Bakının Xəzər rayonunda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb. aia.az-ın məlumatına görə, Binə qəsəbəsi, “Mehriban qonşular” deyilən ərazidə 2017-ci il təvəllüdlü İbrahim Ruhin oğlu Ələkbərli ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb. Azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. aia.az Geri dön |