Ana Sayfa > Özəl > Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilib

Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilib


6-09-2023, 19:56. Yazar: sevinc1
Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilib

aia.az xəbər verir ki, 06 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tərəfindən yerlərdə partiya fəalları ilə görüşlərin keçirilməsi üçün tərtib edilmiş qrafikə uyğun olaraq görüş keçirilmişdir. Samanlıq və Moruxlu kənd ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, ərazi partiya təşkilatının fəalları, gəncləri iştirak etmişdirlər.

İlk öncə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev görüş iştirakçılarını salamlayaraq, görüşün keçirilmə məqsədi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Rayon təşkilatının sədri Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu qeyd edərək,Ümumilli Liderin fəaliyyətindən, ölkəmiz üçün gördüyü əvəzsiz işlərdən eyni zamanda Heydər Əliyev İli ilə əlaqədar Gədəbəy rayonu ərazisində keçirilən silsilə tədbirlərdən ətraflı məlumat vermişdir.

Sədr daha sonra 05 mart 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə partiyada aparılan islahatlar, görülən müsbət işlər, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri və “Böyük Qayıdış”dan ətraflı danışmışdır. Bildirildi ki, YAP Gədəbəy rayon təşkilatı Ümumilli Lider Heydər Əliyev idealarına daim sadiq olmaqla fəaliyyəti dövründə öz işini partiyanın qəbul edilmiş Nizamnamə və Proqramına uyğun qurmaqla Prezident , Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP –ın VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün öz səylərini nümayiş etdirir.

Sonra Samanlıq kənd ərazi partiya təşkilatının üzvü Zeniyev Rasim, Moruxlu ərazi partiya təşkilatının üzvü Məsimov Qaşqay, Məmmədov Tanırverdi və başqaları Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini, YAP ətrafında sıx birləşib bundan sonra da dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərini, Azərbaycanın gələcək inkişafında partiya üzvləri kimi daha da fəal olacaqlarını bildirdilər.
Görüşün sonunda tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Geri dön