Ana Sayfa > Manşet / Gündəm > Düşmən səngər qazaraq mövqelərimizə yaxınlaşmağa cəhd etdi
Düşmən səngər qazaraq mövqelərimizə yaxınlaşmağa cəhd etdi6-09-2023, 13:54. Yazar: sevinc1 |
Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə aia.az-a Müdafiə Nazirliyindən xəbər verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. aia.az Geri dön |