Ana Sayfa > İqtisadiyyat > Hacıqabulda Ələtli torpaq kanalı beton üzlüyə alınır

Hacıqabulda Ələtli torpaq kanalı beton üzlüyə alınır


6-09-2023, 09:39. Yazar: sevinc1
Hacıqabulda Ələtli torpaq kanalı beton üzlüyə alınır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, Hacıqabul rayonu iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə xidmət göstərən Hacıqabul Suvarma Sistemləri İdarəsinin vəzifəsi 2023-cü ildə rayonun 19 min hektardan artıq suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını və 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirməkdən, mülkiyyətdə olan suvarma sistemlərinin istismarını təşkil etməkdən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Bu əsas vəzifənin yerinə yetirilməsi üçün idarənin balansında olan suvarma sistemlərinin qorunub saxlanılması, onların normal iş rejimində istismar olunmasına cidi diqqət yetirilir. Su itkisinin qarşısının alınması istiqamətində idarə tərəfindən hər il işlər həyata keçirilir. Bunlara bariz nümunə olaraq hazırda beton üzlüyə alınan Ələtli kanalını göstərmək olar. Ələtli kanalının beton üzlüyə alınması xidməti ərazisində olan əkin sahələrinin suvarılmasını yaxşılaşdıracaq.
Ümumilikdə Hacıqabul rayonunda bu il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilib və əkinin mövsümə uyğun davam etdirilməsi nəzərdə tutulub. Bunlar taxıl, pambıq, şəkər çuğunduru, yem bitkiləri, bostan-tərəvəz, qarğıdalı, çoxillik əkinlər, həyətyanı sahələr və digər bitkilərdir. Fermerlər son illər əkdikləri bitkiləri daha asan suvara bildiklərini söyləyirlər.
İdarə tərəfindən ötən il 78 ədəd hidrotexniki qurğu, 2 km nov kanallar, 3 km beton kanallarda, 2 km boru xətlərində, 7 ədəd mülki və istehsalat binasında, 7 ədəd nasos stansiyada cari təmir işəlri yerinə yetirilib. Əsaslı təmir işləri üzrə boru kəmərində 1,3 km məsafədə 200 mm-lik poluetilen borudan yeni boru xətti çəkilib. Bundan başqa 23 ədəd hidrotexniki qurğu, 1 km nov kanallar, 2,5 km beton kanallarda, 1 km boru xəttində, 5 ədəd mülki və istehsalat binalarında, 4 ədəd nasos stansiyada cari təmir işləri həyata keçirilib.
Qeyd edək ki, quraqlıqla əlaqədar Pirsaat Su Anbarı altında olan əkinlərin su təminatında yaranmış çətinliklərin aradan qaldırılması üçün daxili imkanlar səfərbər edilərək kəndlərin suvarma növbəliliyi tətbiq olunub və bunun sayəsində Pirsaat Su Anbarında suvarılmalı olan Navahi, Atbulaq, Qızılburun kəndlərinin ərazilərində olan əkinlər Navahi nasos stansiyası hesabına su ilə təmin olunur.
Geri dön