Ana Sayfa > Özəl > YAP Şirvan şəhər təşkilatı partiya fəalları və sakinlərlə görüş keçirib
YAP Şirvan şəhər təşkilatı partiya fəalları və sakinlərlə görüş keçirib5-09-2023, 22:20. Yazar: sevinc1 |
![]() 05 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı partiya fəalları ilə görüşlərin keçirilməsi üçün tərtib edilmiş qrafikə uyğun olaraq M.Ə.Rəsulzadə küçəsi, 17 ünvanında partiya fəalları və həmin ərazidə yaşayan sakinlərlə görüş keçirilmişdir. AİA.Az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə partiyada aparılan islahatlar, görülən müsbət işlər, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri və “Böyük Qayıdış”dan ətraflı bəhs etdi. YAP Şirvan şəhər təşkilatı Ümumilli Lider Heydər Əliyev idealarına daim sadiq olmaqla fəaliyyəti dövründə öz işini partiyanın qəbul edilmiş Nizamnamə və Proqramına uyğun qurmaqla Prezident , Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP –ın VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün öz səylərini nümayiş etdirir. Görüşdə çıxış edən partiya fəalları və sakinlərin bəzi tövsiyyələri qeydə alınaraq, ölkə Prezidenti Cənab İlham Əliyevin gördüyü işlərdən yürütdüyü daxili və xarici siyasətdən razılıqlarını ifadə edərək daim Ölkə rəhbərinin ətrafında sıx birləşəcəklərini bildirmişlər. Geri dön |