Ana Sayfa > Seçki 2024 > YAP Xəzər rayon təşkilatı partiya fəalları ilə görüş keçirib

YAP Xəzər rayon təşkilatı partiya fəalları ilə görüş keçirib


5-09-2023, 19:09. Yazar: sevinc1
YAP Xəzər rayon təşkilatı partiya fəalları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovun 05 avqust 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Rasim İmanov küçəsi 4A (Buzovna qəsəbəsi ərazi) ünvanında partiya fəalları ilə görüşmüşdür.Görüşdə Milli Məclisin deputatı Rauf Əliyev də iştirak etmişdir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək partiyanın VII qurultayından sonra həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Milli Məclisin deputatı Rauf Əliyev öz növbəsində Şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından söz açdı.Bundan əlavə Qarabağda əsaslı quruculuq işlərindən söz açan deputat bir sıra vacib məqamlara toxundu.
Maraqlı keçən görüşdə ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili,gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə tapşırıq və tövsiyyələr görüş iştirakçılarının diqqətinə çatdırıldı.

AİA.Az

Geri dön