Ana Sayfa > Seçki 2024 / Özəl > Gəncədə bu ilk dəfə məktəbə gedən şəhid övladları ilə görüş keçirilib

Gəncədə bu ilk dəfə məktəbə gedən şəhid övladları ilə görüş keçirilib


5-09-2023, 18:52. Yazar: sevinc1
Gəncədə bu ilk dəfə məktəbə gedən şəhid övladları ilə görüş keçirilib

Yeni dərs ilinin başlanması münasibətilə YAP Gəncə şəhər təşkilatında Vətən uğrunda canlarından keçən şəhidlərimizin 1-ci sinfə gedən övladları ilə görüş keçirilib.

aia.az bildirir ki, görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin üzvləri, şəhid ailələri və övladları iştirak ediblər.

Tədbirdə Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov çıxış edərək, dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən danışıb. Şəhər rəhbəri şəhidlərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.
YAP yerli təşkilatının sədru Bayram Aslanov bildirib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür.
Cəmi 44 gün davam edən və 30 ildən artıq düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi, xalqımızın iftixar və qürur mənbəyinə çevrildiyini qeyd edən deputatlar Pərvin Kərimzadə və Müşfiq Cəfərov şəhidlərimizin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər.
Tədbirdə şəhid övladlarına məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim olunub.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və 1-ci Vitse-prezidentə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Azər Tağızadə
Geri dön