Ana Sayfa > Özəl / Təhsil > İcra başçısı Gəncə Uşaq Evinin tələbə adı qazanmış sakini ilə görüşüb

İcra başçısı Gəncə Uşaq Evinin tələbə adı qazanmış sakini ilə görüşüb


5-09-2023, 13:36. Yazar: sevinc1
İcra başçısı Gəncə Uşaq Evinin tələbə adı qazanmış sakini ilə görüşüb

aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Uşaq Evinin sakini, bu il tələbə adını qazanmış Həsən Həsənovla görüşüb. Görüşdə Milli Məclisin üzvləri, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Uşaq Evinin direktor, İHB Aparatının məsul əməkdaşları iştirak ediblər.
İcra başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara, özəlliklə də valideyn himayəsindən məhrum olan uşaqlara göstərdikləri diqqət və qayğıdan danışaraq onların yüksək səviyyədə təhsil almaları və müstəqil ölkəmizin layiqli vətəndaşları olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib.
Şəhər rəhbəri Həsən Həsənovu ali məktəbə qəbul olması münasibətilə təbrik edərək, gələcək həyatında uğurlar arzulayıb və ona hədiyyə təqdim edib.
Həsən Həsənov öz növbəsində ölkə başçısına və şəhər rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, 2006-cı il təvəllüdlü Həsən Həsənov 2012-ci ildən etibarən Gəncə şəhər Uşaq Evində yaşayır. Bir bacısı və bir qardaşı var. Samir Vəliyev adına Gəncə şəhər 34 saylı tam orta məktəbin məzunudur. O, 413,30 bal toplayaraq dövlət sifarişi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Sosial iş" ixtisasına qəbul olunub.

Azər Tağızadə
Geri dön