Ana Sayfa > Özəl > “Omeqa” klinikasının rəhbərliyinə qarşı irəli sürülən ittihamlar əsassızdır

“Omeqa” klinikasının rəhbərliyinə qarşı irəli sürülən ittihamlar əsassızdır


4-09-2023, 14:00. Yazar: sevinc1
“Omeqa” klinikasının rəhbərliyinə qarşı irəli sürülən ittihamlar əsassızdır

Bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafı üçün misilsiz imkanlar yaradıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb. Artıq səhiyyəmizin aparıcı müəssisələrindən sayıla biləcək klinika və xəstəxanalar təkcə paytaxt Bakıda deyil, həmçinin bütün rayon və bölgələrimizdə də vətəndaşlara yüksək səviyyədə tibbi xidmətlər göstərirlər. Bu gün regionlarımızda uğurla fəaliyyət göstərən belə aparıcı səhiyyə müəssisələrindən biri də Sabirabad şəhərində yerləşən “Omeqa” klinikasıdır.

Fəaliyyətinin ilk günündən “Omeqa” klinikasında işində tam peşəkar və tibbi ixtisaslaşmış mütəxəssis heyyəti tərəfindən tibb elminin standartlarına cavab verən müasir avadanlıqlarla 24 saat həm Sabirabadın özündən, həm də yaxın qonşu rayon və kəndlərdən gələn pasientlərə tibbi xidmətlər göstərilir. Burada pasientlərə göstərilən yüksək xidmət, məsuliyyətli və gülərüz kollektiv, dəqiq proqnoz və müasir tələblərə cavab verən avadanlıqlarla aparılan hər növ laboratoriya analizləri “Omeqa” klinikasının regionda fəaliyyət göstərən bir çox klinikalardan daha üstün olduğunu açıq-aydın göstərir. Klinikada pasientlərə peşəkar həkim və mütəxəssislər tərəfindən yüksək səviyyədə cərrahi-stasionar, son dərəcə dəqiq laboratoriya analizləri ilə laboratoriya xidmətləri, müasir avadanlıqlardan istifadə olunmaqla Fizioterapiya, Diaqnostika və Ambulator xidmətlər göstərilir.

Əslində “Omeqa” klinikasını əlavə reklam edə biləcək səpkidə yazı hazırlamaq kimi bir niyyətimiz yox idi. Çünki fəaliyyət göstərdiyi illər ərzində bu klinika təkcə Sabirabdda deyil, həm də bütün regionda kifayət qədər tanınıb və böyük nüfuz qazanıb. Sadəcə olaraq, klinikanın fəaliyyətinə dair kiçik bir xatırlatma etməyi məqsədəuyğun hesab etdik. Məsələ bundadır ki, bu yaxınlarda bəzi internet saytlarında “Omeqa” klinikasının fəaliyyətilə bağlı, eləcə də klinikanın rəhbərliyi barədə tamamilə əsassız ittihamlarla dolu bir neçə yazı dərc olunub. Həm də bu yazılarda Sabirabad sakinlərinə istinad olunaraq, guya ki, materialın məhz onların müraciətləri əsasında hazırlandığı qeyd olunur. Buna cavab olaraq, bəzi Sabirabad sakinləri redaksiyamıza müraciət edərək tənqidi materialda ortaya qoyulan ittihamların əsassız olduğunu və böyük ehtimalla bu yazının qeyri-sağlam rəqabət məhsulu kimi ortaya çıxdığını bildiriblər. Məhz bu səbəbdən biz də mövzu ətrafında müəyyən araşdırma apardıq və müəyyən etdiyimiz bəzi faktları bu yazıda təqdim etdik. Gəldiyimiz qənaət isə bu oldu ki, “Omeqa” klinikasının pasentlərə təqdim etdiyi keyfiyyət meyarlarına öz fəaliyyətlərində nə vaxtsa nail ola biləcəklərinə inanmayan bəzi rəqiblər “qara piar” kampaniyasına başlamaq və məhz bu üsulla regionun aparıcı tibb müəssisələrindən birinin nüfuzunu endirmək qərarına gəliblər...

AİA.az
Geri dön