Ana Sayfa > Qərbi Azərbaycan > Ötən ay 83 nəfər dərmandan zəhərlənib

Ötən ay 83 nəfər dərmandan zəhərlənib


4-09-2023, 11:08. Yazar: sevinc1
Ötən ay 83 nəfər dərmandan zəhərlənib

Avqust yayında ilan sancması hallarında artım olub.

aia.az xəbər verir ki, bunu Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ötən ay ilan sancması ilə əlaqədar 16, həşərat sancması ilə əlaqədar 1 müraciət qeydə alınıb:

"Zərərçəkənlərə ilkin yardım göstərilərək onların hamısının həyatı xilas edilib".

Baş həkimin sözlərinə görə, avqust ayında dərman zəhərlənməsi ilə əlaqədar 83, sirkə turşusundan 37, spirtli içkidən 17, dəm qazından 2, anafilaktik şokla əlaqədar 1, allergiyadan 4 zəhərlənmə halı olub:

"Ay ərzində botuluzmlə əlaqədar 1 müraciət edilib. Zərərçəkənlərin 60-ı kişi, 67-i qadın, 35-i uşaq olub".

aia.az
Geri dön