Ana Sayfa > Özəl > Bu gün dünyanın diqqəti Laçındadır

Bu gün dünyanın diqqəti Laçındadır


3-09-2023, 20:39. Yazar: sevinc1
Bu gün dünyanın diqqəti Laçındadır

30 il düşmən tapdagında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsl sahiblərinə qaytarıldı.
Rəşadətli Azərbaycan ordusu düşmənin başını əzib möhtəşəm qələbə qazandı. Artıq azad olunan ərazilərimizdə genişmiqyaslı quruculuq, bəpa işləri gedir.
Qarabag sözün əsil mənasında tikinti meydançasını xatırladır.
Prezident İlham Əliyevi 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı bir çox mühüm məqamlara toxundu. Cənab prezident bildirdi ki, Azərbaycan qurub-yaradan xalqdır. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür.
Prezidentimiz xalqımızın yaşadıgı sevinc hisslərini bu cür ifadə etdi:”Biz xoşbəxt günləri yaşayırıq. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq”.
-Ölkə rəhbəri onu da vurguladı ki, artıq Azərbaycan öz ərazilərinə tam nəzarət edir:”İradə və cəsarətin təcəssümü. Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi”.
Bu gün dünyanın diqqəti Laçındadır.
Laçının əsil sahibləri Laçını dirçəldirlər.

Varaşil Məmmədov
Laçın ziyalısı,əməkdar müəllim
Geri dön