Ana Sayfa > Karusel > "Mən bu saat Qarabağdan gəlirəm, ön xətdə iş qaynayır..."

"Mən bu saat Qarabağdan gəlirəm, ön xətdə iş qaynayır..."


16-08-2016, 17:12. Yazar: admin


Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların 5-nin Azərbaycana qaytarılmasını nəzərdə tutan "Lavrov planı", yaxud "Putin planı" ətrafında spekulyasiyalar davam edir. Bir sıra ekspertlər iddia edirlər ki, hakimiyyət ərazilərin qaytarılmasına razılıq verib və hətta bütün strukturlara bu istiqamətdə hazırlıqlara başlamaq barədə təlimat göndərilib.

Aia.az virtualaz.org-a istinadən bildirir ki, erməni hərbi ekspert Karen Vrtanesyan təmas xəttinə baş çəkəndən sonra ərazilərin qaytarılmasına hazırlıqla bağlı deyilənlərin daha çox "siyasi spekulyasiya" olduğunu deyib.

"Mən Qarabağdan bir neçə saat əvvəl qayıtmışam, ön xətdə iş qaynayır, hər şey çox fəal şəkildə möhkəmləndirilir, yeni avadanlıqlarla təchiz olunur. Və bütün bunların fonunda ərazilərin qaytarılmasına dair hansısa anlaşmaya dair deyilənlər həqiqəti əks etdirmir...Ciddi dəyişikliklərdən danışmaq hələ çox tezdir", - Vrtanesyan "Aravot" qəzetinə bildirib.

Xatırladaq ki, bundan əvvəl də ermənilərin təmas xəttindəki mövqelərini möhkəmləndirdikləri, bütün postlara gecəgörmə cihazları və videomüşahidə sistemləri yerləşdirdiyi haqda danışılırdı.
Geri dön