Ana Sayfa > Qərbi Azərbaycan > TƏBİB xəstəxana direktorunun ölümü ilə bağlı
TƏBİB xəstəxana direktorunun ölümü ilə bağlı1-09-2023, 09:25. Yazar: sevinc1 |
TƏBİB Qusar Rayon Mərkəzi Xəstəxanasının direktorunun ölümü ilə bağlı məlumat yayıb. TƏBİB-dən aia.az-a verilən xəbərə görə, TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev 31.08.2023-cü il tarixində axşam saatlarında kəskin ürək tutmasından vəfat edib. O, 31.08.2023-cü il tarixində saat 18:25 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, saat 20:50 radələrində bioloji ölüm qeydə alınıb. aia.az Geri dön |