Ana Sayfa > Özəl / Parlament > Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması Cənab Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur
Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması Cənab Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur31-08-2023, 13:48. Yazar: sevinc1 |
2023-cü il aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində , Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradıldı. Təbii ki, belə bir təşəbbüsü, belə bir strukturun yaradılmasını işğala meyilli Ermənistan da, onun himayədarları da narazılıqla qarşılayacaqdı. Bu narazılığı Ermənistan “sərhəddə vəziyyəti gərginləşdirmə, Qarabağ bölgəsində humanitar böhran yaratma cəhdi” kimi ictimailəşdirməyə səy göstərdi. Bu cəhdin gerçək səbəbi həm başqa bir dövlətin daxili işlərinə qarışmaqdı, həm də öz xarici siyasətinin mahiyyətini “pərdələməkdi”. Laçın Azərbaycanın ərazisidir, işğaldan azad edilib. Dövlət öz ərazisində istənilən hüquqi qurum yarada bilər. Bu qurum başqa bir dövləti (dövlətləri) niyə narahat etməlidir? Düzgün, dünyəvi xarici siyasət aparan dövlət belə qurumların yaranmasından qətiyyən narahat olmamalıdır. “Laçın” nəzarət-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılmasında, separatçıların tərksilah olunması prosesində əhəmiyyətli olacaq. Ermənistan da, onun havadarları da məhz bundan narahatdır. Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlaması Azərbaycan üçün, bu baxımdan dünyəvilik üçün son dərəcədə gərəklidir. “Laçın” sərhəd-buraxılış məntəqəsi İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallığın tərkib hissəsidir və o, Azərbaycan dövlətinin ən böyük dövlətçilik nailiyyətlərindəndir. Bu məntəqə regionun geosiyasi mənzərəsini də dəyişdirdi, qələbəmizi beynəlxalq müstəvidə bir daha rəsmiləşdirdi. Bu sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının da qarşısını alır. “Laçın” sərhədburaxılış məntəqəsinin yaradılması strateji əhəmiyyətə malikdir və yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması,həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |