Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın müdafiə naziri Anıtqəbri ziyarət edib
Azərbaycanın müdafiə naziri Anıtqəbri ziyarət edib31-08-2023, 12:03. Yazar: sevinc1 |
![]() Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayədə heyəti ilə birgə Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyuraq, xatirəsinə ehtiram nümayiş etdiriblər. General-polkovnik Z.Həsənov "Xatirə kitabı"na ürək sözlərini yazıb. Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir. aia.az Geri dön |