Ana Sayfa > Siyasət / Manşet > Prezidentin köməkçisi:
Prezidentin köməkçisi:31-08-2023, 12:00. Yazar: sevinc1 |
![]() “Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər”. aia.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və daha səmərəli yoldur: "Bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər”. aia.az Geri dön |