Ana Sayfa > Manşet / Siyasət > Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib

Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib


31-08-2023, 10:51. Yazar: sevinc1
Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib

Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.

Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.

Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.

aia.az
Geri dön