Ana Sayfa > Özəl > Azərbaycan bir daha öz gücünü və qüdrətini bütün dünyaya göstərdi

Azərbaycan bir daha öz gücünü və qüdrətini bütün dünyaya göstərdi


31-08-2023, 10:45. Yazar: sevinc1
Azərbaycan bir daha öz gücünü və qüdrətini bütün dünyaya göstərdi

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Ermənistanın və onun havadarlarının bu məsələ ilə bağlı apardığı çirkin kampaniyanın məqsədi bölgədə vəziyyəti gərginləşdirməkdir". Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. "Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi öz təsdiqliyini tapır. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.Digər tərəfdən, Azərbaycan humanitar məqsədlər üçün Ağdam Xankəndi yolunu təklif edir.
Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu fakt onu göstərir ki,   “humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın və Fransa kimi ölkələrin marağındadır. Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz prinsipial mövqeyində haqlıdır və heç bir qüvvə dövlətimizin iradəsinə təsir edə bilməz! 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisə oldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.  

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan dövlətinin humanistliyi hər kəsə məlumdur. Bu gün Azərbaycan humanitar yüklərin daşınmasına etiraz etmir. Bunun üçün hətta keçid də təklif edib ki, yüklər Ağdam-Xankəndi yolu ilə çatdırılsın. Əgər məqsəd yüklərin daşınmasıdırsa, bununla bağlı alternativ var, yox, Ermənistan hansısa havadarına güvənib qeyd edirsə ki, məhz yükləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçirməlidir, onda bu, mümkün olmayacaqdır. “Biz Zəfər qazanmış dövlətik, heç kəs bizimlə şərtlə və ya hədə ilə danışa bilməz.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov

Geri dön