Ana Sayfa > Gündəm > MTN işçi axtarır

MTN işçi axtarır


16-08-2016, 13:36. Yazar: admin


Bununla əlaqədar olaraq, müvafiq komissiya 2016/2017-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqəni elan edir.

Mədəniyyət və Turizm Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə komissiya III müsabiqəni elan edir.

Bu barədə məlumat Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən verilib.

Məlumata görə, nazirliyin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən sözügedən məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Bununla əlaqədar olaraq, müvafiq komissiya 2016/2017-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqəni elan edir.

Müsabiqənin aparılması qaydaları; məktəblərin vakant yerləri və ünvanları haqqında məlumat; elektron ərizənin forması nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün müsabiqə komissiyasının katibliyinə müraciət etmək olar: Tel.: (+994) 12 436 80 96; (+994) 12 436 74 18

Vakant yerlər:

http://mct.gov.az/upload/14712680141455108771mtsh_elaqe.pdf

http://mct.gov.az/upload/1471269740elektron_erize.doc

http://mct.gov.az/upload/1471269747musabiqe_qaydalari.docx

http://mct.gov.az/upload/1471269754tel_nomre.doc
Geri dön