Ana Sayfa > Özəl > YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrlərinin yığıncağını keçirilib
YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrlərinin yığıncağını keçirilib29-08-2023, 17:12. Yazar: sevinc1 |
Bu gün, 29 avqust 2023-cü il tarixdə rayon təşkilatının qərargahında ərazi partiya təşkilatlarının sədrlərinin və partiya fəallarının yığıncağı keçirildi. Yığıncaqda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovda iştirak etdi. AİA.Az xəbər verir ki, Yığıncağı giriş sözü ilə açan rayon təşkilatının sədri Meydanəli Yolçiyev qeyd etdi ki, cari ilin müvafiq dövrünədək “Heydər Əliyev İli” ilə bağlı bir sıra yığıncaqlar, tədbirlər, görüşlər və s keçirilmişdir.İlin sonunadək belə tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.Bütün bu işlər cari ilin əvvəlində hazırlanmış tədbirlər planına uyğun həyata keçirilir. M.Yolçiyev qeyd etdi ki, YAP Mərkəzi Aparatının verdiyi tapşırığa uyğun olaraq “Yeni Azərbaycan Partiyasının yerli təşkilat sədrlərinin yaşayış məntəqələrində və ictimai yerlərdə əhali ilə görüşləri” nə hazırlıq işləri başa çatmış və 01 sentyabr tarixindən başlayaraq bütün yaşayış məntəqələrində keçiriləcək görüşlərin qrafiki işlənib hazırlanmış və bu gün yığıncaqda iştirak edən bütün partiya fəallarına təqdim olunmuşdur. Eyni zamanda “Sosial Media Qrupunun Qərbi Azərbaycan İcmasının sosial şəbəkə hesabları ilə bağlı altqruplarının fəaliyyətinə dair təlimatlar” da yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı.Görüləcək işlərlə bağlı ətraflı məlumat verildi və işin daha keyfiyyətli və sürətli həyata keçirilməsi üçün işçi qrupu yaradıldı. Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına tarixi hadisəyə çevrilmiş səfəri hər zaman olduğu kimi bir sıra ciddi mesajlarla yadda qaldı. Bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsində əzmkarlıq nümayiş etdirir. V.Məmmədov əlavə olaraq qeyd etdi ki, rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı hər zaman olduğu kimi bundan sonra da birgə fəaliyyət göstərərək qarşıya çıxan bütün məsələlərin müsbət həllinə nail olacaqdır. V.Məmmədov bu məsələlərin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə, kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndələrinə və bələdiyyə sədrlərinə tapşırıq və tövsiyyələr verdi. Yığıncaqda bir sıra cari məsələlər də müzakirə olundu. Geri dön |