Ana Sayfa > Gündəm > Azərbaycanda çimərliklərlə bağlı VACİB QƏRAR

Azərbaycanda çimərliklərlə bağlı VACİB QƏRAR


16-08-2016, 11:00. Yazar: admin




Çimərliklərin inkişafı ilə bağlı işçi qrupu yaradılıb.

Reportyor.tv xəbər verir ki, bu il iyulun 15-də aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə "Azərbaycanda çimərliklərinin mövcud vəziyyəti və inkişafı" mövzusunda keçirilən müşavirədə əldə olunan razılığa uyğun olaraq çimərlik ərazilərində mövcud vəziyyətinin öyrənilməsi, eləcə də, bu sahədə fəaliyyətin koordinasiyası, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, ictimai çimərliklərin yaradılması və işinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə İşçi qrupu yaradılıb.

İşçi qrupunun tərkibinə mədəniyyət və turizm, fövqəladə hallar, iqtisadiyyat, səhiyyə və ekologiya üzrə aidiyyəti nazirliklərinin, eləcə də Bakı, Sumqayıt şəhərləri və Qaradağ, Səbail, Sabunçu, Binəqədi, Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri daxildir.

İşçi qrupu müəyyən olunmuş qrafikə uyğun ilkin olaraq cari ilin 12 avqust tarixində Sumqayıt şəhəri və Binəqədi rayonunun ərazisində yerləşən çimərliklərə birgə baxış keçirilib. Növbəti bir neçə gün ərzində İşçi qrupu tərəfindən Bakı və Abşeron ərazisində yerləşən çimərliklərə baxış keçirilməsi davam etdiriləcək.

Qeyd edirik ki, çimərliklərin mövcud vəziyyəti öyrənildikdən sonra Azərbaycanda çimərliklərin inkişafına dair Tədbirlər Planının hazırlanması ilə bağlı İşçi qrupu tərəfindən Hökumətə müvafiq təkliflər təqdim olunacaq.
Geri dön