Ana Sayfa > Özəl > Milli maraqların qorunması naminə siyasi iradənin nümayişi
Milli maraqların qorunması naminə siyasi iradənin nümayişi29-08-2023, 12:01. Yazar: sevinc1 |
Əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji siyasi kurs heç bir ölkənin daxili işlərinə qarışmamaq prinsipi ilə bərabər, həm də respublikamızın suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini göstərir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalq-dövlət birliyi qarşısında dayanmaq iqtidarında olmayan işğalçı Ermənistan Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabr ayının 10-da kapitulyasiya aktı imzalamağa məcbur edildi. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun lideri qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir. Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyət , Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu ilin aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir. 44 günlük müharibənin yekununda - 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan başqa iddialarla çıxış edirdi. İrəvan Laçın dəhlizinin 20 km enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlət başçısı sərt və barışmaz mövqe ortaya qoyaraq, Laçın dəhlizinin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu. Kapitulyasiya aktına imza atmış Ermənistanın isə sonrakı addımlarında çirkin niyyətlərindən əl çəkmədi. Belə ki, Azərbaycan yeni yolun inşasını il yarıma başa çatdırıb, istismara hazır vəziyyətə gətirsə də, Ermənistan öz ərazisinə düşən 7 km-lik yolun çəkilməsini süni şəkildə ləngidir, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törədirdi. Lakin bütün çirkin niyyətlərin və təxribatların qarşısı ağıllı, düşünülmüş və ardıcıl tədbirlərlə alındı, İrəvanın Laçın rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq cəhdləri iflasa uğradı. Laçının mərkəzi 2022-ci ilin sentyabrında qansız və heç bir qurban olmadan Azərbaycanın tam nəzarətinə keçdi. Prezident İlham Əliyev sentyabrın 21-də Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltdı. Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Bununla, Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözləri bir daha öz təsdiqini tapdı. Laçın sərhəd-buraxılış məntəqəsinin açılması ilə 30 il əvvəl Azərbaycana qarşı faciə törətmiş şəxsin- Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması həyata keçirildi. Təkcə bu yox, həm qaçaqmalçılığa da son qoyuldu, həm giriş-çıxışa nəzarət edildi, həm də separatçıların ölkəmizə keçidinin qarşısı alındı. Bu da Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Rəsmi İrəvanın ağılsız, düşünülməmiş atdığı addımlar onun sonunu hazırlayır. Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü müstəqil xarici siyasətin nəticəsidir ki, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli yekdil qərarı Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması tələbini rədd edərək, Ermənistanın bu sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını təkzib edib. Odur ki, Azərbaycanın daxili siyasətinə və milli təhlükəsizliyinə aid olan hər hansı sərhəd-buraxılış məntəqəsinin yaradılması və ya ləğv olunmasına heç bir ölkə, beynəxalq təşkilat və s. kimlərsə qarışa bilməz. Buna qərarı yalnız və yalnız Azərbaycan dövləti qərar verə bilər!!! Təbriz İsmayılov, Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Geri dön |