Ana Sayfa > Özəl > Qürur duyulası hal və ali ədalətin təntənəsi
Qürur duyulası hal və ali ədalətin təntənəsi29-08-2023, 11:57. Yazar: sevinc1 |
Qırx dörd günlük Vətən müharibəsi zamanı qazanılmış tarixi zəfərdən sonrakı post-müharibə dövründə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş torpaqlarımızda sürətli bərpa-quruculuq prosesinə start verildi. Xalqımız qalib xalq olaraq bu gün yeni və əlamətdar tarixi dövrü böyük qürur hissi ilə yaşayır, qurub-yaradır.Ən başlıcası isə görülən bütün bu işlər, aparılan bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. Bütün bu müsbət göstəricilər isə bütövlükdə dövlət tərəfindən siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, mükəmməl idarəetmə mexanizminin yaradıldığını nümayiş etdirir. Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər.İmzaladıqları və təslimçilik - kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edirlər. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli "Laçın" dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi.23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Əlbəttə ki, əldə olunmuş bu tarixi nəiliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi, bu gündə qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Bu gün ölkəmiz öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirir.Bütün çirkin iftiralara rəğmən, ölkəmiz öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsini qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin etməkdədir. "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır.Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən, sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir.Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin yaradılması Ermənistan tərəfindən humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınması təhlükəsinin də qarşısını almaqdadır.Bu xüsusda "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Qürur duyulası hal isə ondan ibarətdir ki, bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır.Otuz il özlərini "qalib, döyüşkən xalq" kimi adlandıran xəstə təxəyüllülər indi gerçəkliklə, regionda yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər.Bu səbəbdən qarşı tərəf və onu himayə edənlər sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalı, Azərbaycanla güc və hədə-qorxu dili ilə danışmağın faydasız olduğunu anlamalıdırlar. Arzu Daşpoladova, Salyan şəhər 7 saylı məktəb-liseyin direktoru, YAP fəalı Geri dön |