Ana Sayfa > Gündəm / Özəl > Gülər Sultanzadə: “Laçın Şəhəri Günü” ilahi ədalətin təntənəsidir”
Gülər Sultanzadə: “Laçın Şəhəri Günü” ilahi ədalətin təntənəsidir”29-08-2023, 10:32. Yazar: sevinc1 |
Kəlbəcər və Laçın rayonları Ermənistan üçün alınmaz qala, keçilməz sədd hesab edilsə də Prezident İlham Əliyevin müdrük siyasəti, ağıllı manevrləri, düzgün strategiyası və nəhayət dönməz qətiyyəti nəticəsində Azərbaycan bir güllə belə atmadan Ağdam da daxil olmaqla bu iki böyük rayonu Ermənistandan geri almağı bacardı. Yerli və xarici bütün siyasi-hərbi ekspertlərin rəyinə nəzər salsaq aydın görərik ki, bu iki rayonların işğaldan azad olunması üçün müharibə davam edəcəyi təqdirdə hər iki tərəf daha çox şəhid verəcəkdi. Lakin İlham Əliyev amili bütün bu qanlı-qadalı hadisələrin önünə keçdi və Azərbaycan heç bir itki vermədən qanunsuz erməni silahlılarını Kəlbəcər və Laçından çıxarmağa müyəssər oldu. Mayın 28-də Azərbaycan üçün tarixi gündə isə 20 ailə laçına qaytarıldı. Bu qayıdışın məhz 28 mayda reallaşması da özündə çox dərin məna daşıyır. Ölkənin başçısı cənab İlham Əliyev bu möhtəşəm günü Laçında, doğma yurd-yuvalarına qayıdan, el-oba həsrətini 30 il sinələrində gəzdirmək məcburiyyətində qalan insanlarla birlikdə qeyd etdi. 26 avqust tarixi də bizim üçün gözəl bir gündür. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və bununla da Laçın rayonu bütünlüklə işğaldan azad olundu. Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Müsahibimiz qeyd edib ki, avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.Dövlətimizin başçısı bütün laçınlıları bu gözəl gün münasibətilə təbrik edərək demişdir: “Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. Bu məsələ ilə bağlı hələ işğal dövründə dəfələrlə mən Azərbaycan dövlətinin mövqeyini ifadə edərək deyirdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarına qayıdacaqdır və belə də oldu.” Torpağın əsil sahibləri qayıdıb. Burada aparılan quruculuq işləri bunu açıq aydın göstərir. Ermənistandan fərqli olaraq biz xaricdən əhali gətirib məskunlaşdırmırıq, bu torpağın əsil sahibləri doğma ocaqlarına qayıdırlar. ÖLkəmizin başçısının dediyi kimi “İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.” Gülər Sultanzadə bildirib ki, “tarix və zaman həmişə ədalət tərəfdarı olub. “Laçın Şəhəri Günü” ilahi ədalətin təntənəsidir. Bu günü Azərbaycan xalqına yaşadan isə onun Müzəffər Ali Baş Komandanı, yenilməz Lideri cənab İham Əliyevdir, Azərbaycanın şanlı ordusudur. Bu özəl günün ən yaxşı sözlərini də cənab Prezident dedi: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.” Geri dön |