Ana Sayfa > Manşet / Gündəm > Bakı Xankəndidəki ermənilərə humanitar yardım göndərdi -
Bakı Xankəndidəki ermənilərə humanitar yardım göndərdi -29-08-2023, 10:23. Yazar: sevinc1 |
Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. aia.az-ın xəbərinə görə, humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. *** “Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq”. aia.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib. Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək: “Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”. aia.az Geri dön |