Ana Sayfa > İqtisadiyyat > Xarici valyutalar bahalaşdı

Xarici valyutalar bahalaşdı


16-08-2016, 10:56. Yazar: admin



Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi avqustun 15-i ilə müqayisədə qalxaraq 1,6124 manat olub.

Avro/manat məzənnəsi isə 1,8057 manata qalxıb.

Rusiyanın milli valyutası rubl da 0,8% bahalaşaraq 0,0251 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,79% möhkəmlənərək 0,5482 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0807 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,83% artaraq 0,6908 manat təşkil edib.
Geri dön