Ana Sayfa > Şou-biznes > Sürücülərin NƏZƏRİNƏ: monitorinq aparılacaq

Sürücülərin NƏZƏRİNƏ: monitorinq aparılacaq


15-08-2016, 14:28. Yazar: admin



"Bakıda fəaliyyət göstərən taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq".

Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

O bildirib ki, monitorinqin məqsədi taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verməsini müəyyən etməkdir.

M.Abbasov bildirib ki, Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iri tutumlu avtobuslar var: "Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrinə, eyni zamanda, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir".
Geri dön