Ana Sayfa > Şou-biznes > iPhone 7-nin qiyməti bəlli oldu – FOTO

iPhone 7-nin qiyməti bəlli oldu – FOTO


15-08-2016, 14:24. Yazar: admin


iPhone 7-nin 16 sentyabrda kütləvi satışına başlanaca


Apple çoxdandır gözlənilən iPhone-7 seriyasının 7 sentyabrda təqdimatının keçiriləcəyi, 16 sentyabrda isə kütləvi satışına başlanacağı xəbəri diqqətləri yeni modelin qiymətinə yönəldib.

Şirkət bu telefonlar üçün əvvəlki qiymətləri qoruyub saxlayıb. Britaniyada Ayfon 7-nin 16 gb yaddaşlı modeli 619 avroya (1087 AZN), 64 gb modeli 699 avroya (1228 AZN), 128 gb modeli isə 789 avroya (1386 AZN) satılacaq.

ABŞ-da yeni modelin 800-900 dollar (1264-1422 AZN) arası olacağı gözlənilir.

Bakıda telefon satışı ilə məşğul olan sahibkarlar indidən qiymətlə bağlı qəti fikir söyləməsələr də, Ayfon 7-nin start qiymətinin 1600-1700 manatdan (16 gb yaddaşla) başlayacağı ehtimal edilir.
Geri dön