Ana Sayfa > Gündəm > Xaçmaz necə “pritonlar” paytaxtına çevrildi?! – ARAŞDIRMA
Xaçmaz necə “pritonlar” paytaxtına çevrildi?! – ARAŞDIRMA15-08-2016, 14:19. Yazar: admin |
Xaçmaz necə “pritonlar” paytaxtına çevrildi?! – ARAŞDIRMA Bütün bunlar nə nağıldır, nə də hekayət. Bütün bu yazılanlar çox böyük zaman və maliyyə itkisinin hesabına ortaya çıxan faktlardır. Xaçmaz rayonu ərazisində heç bir qüvvənin belə qarşısını ala bilmədiyi sadə dillə desək adi bir pritonun arxasında nə baş verir, nələr olur və bütün bu yaşananlara hakimiyyət orqanları niyə susur ?… Suallar çoxdur, ancaq sadə bir kəndlinin məntiqi ilə belə, buna çox rahat cavab tapmaq olar. Çünki söhbət təkcə bir obyektdə il ərzində dövr edən təxminən 1.000.000 manatdan gedir. Onu da qeyd edək ki, bu vaxta qədər, necə deyərlər bu obyektə, daha doğrusu bu obyekti işlədənlərə “kəm baxanlar”-ın bir neçəsi müxtəlif adlarla həbsdə, bir neçəsi istintaq altında, bir neçəsi isə inzibati həbslər yaşayaraq, hazırda evdən bayıra çıxmayacaq bir durumdadır. Necəki, bu sətirlərin müəllifi də araşdırmanı başlayarkən bu adamların “ehtiyat tədbirləri” nəticəsində guya polisə müqavimət göstərmiş, tək başına 6 polisi guya təhqir etmiş,bəzi tanışların hesabına isə nəticədə bu günə qədər də ödənilməyən 400 manat cərimə ilə canını qurtarmışdır.Sonradan isə zaman zaman aldığım “ciddi xəbərdarlıqlara” qulaq asmadığım üçün idarə etdiyim avtomobilin arxa dövlət nömrə nişanı oğurlandı, kafedə təkərlərin altına boş butulkalar düzüldü. Kafedə 3 maşın yeniyetmə tək olduğumdan istifadə edərək, sifarişlə üstümə hücum çəkdi. Yüksək ranqlı idarələrin dəhlizində “növbətçi maddələrlə” həbs planlarım düşünülməyə başladı. Əvvəl Allaha, sonra da mənə bu çətin vaxtlarda dəstək göstərən bütün dostlarıma ürəkdən təşəkkür edirəm. Beləliklə, cumhuriyyet.az olaraq bir neçə ay müddətində keçən stressli günlər, həyəcan və təşvişli anların ortaya çıxardığı araşdırmanı təqdim edirik. Ölkə daxilindəki restoran və kafelərin pritona çevrilmə prosesləri necə baş verir? Proseslər kimlər tərəfindən, hansı yollarla həyata keçirilir? Xalqımızı əxlaqsızlıq yuvalarında məhv edənlərə qarşı mübarizə hardan, kimdən və necə başlamalıyıq? Təkcə bir-iki obyektdə aparılan araşmaların nəticələri əslində bütün ölkə boyu obyektlərdə yaşananların əks etdirir. Bu yazıda cumhuriyyet.az olaraq apardığımız araşdırmada səslənən bütün faktlar bir-birini təsdiq edən və tamamlayan azı 3 mənbədən alınan informasiyalardan, həmçinin müəllifin birbaşa şahidi olduğu faktlardan ibarətdir. Beləliklə təqdim edirik: “İnsan Alverinin Şahinləri” Hər şey əslində çox gözəl münasibətimizin olduğu Babək adlı dostumuzun bir müddət gözdən itməsi və xeyli zamandan sonra ortaya arxasında çoxlu maliyyə itkisi ortaya çıxmasından qaynaqlandı. Adam qısa müddət ərzində kimlərəsə qoşulmuş, “işgüzar layihələr həyata keçirmiş”, nəticədə əlində olduğu torpaqlarını, malını, pulunu itirmək bir tərəfə qalsın üstəlik sələmlə borca da düşmüşdü. Maraqlı idi ki, bütün bu işlərdə ona yol göstərən, bütün işlərində şəriki olan digər tanışı nəinki nəsə itirmiş, hətta əksinə xeyli qazanc əldə etmişdi. Babək isə, qolşulduğu bu “layihədə” nəinki malını, pulunu, hətta nüfuzunu da itirmiş vəziyyətdə idi. Səbəbi isə bircə kəlmə idi: “Haram işə girdim, yaxşı ki, balalarıma, ailəmə bu puldan yedizdirmədim” Bəli, ömrü boyu min bir əziyyətlə, vaxtsız başına gələn yetimçiliklə və buna baxmayaraq halal ruzi qazanmış adamın aylarla yaşadıqlarına, itirdiklərinə baxmayaraq şükür etmək məcburiyyətində idi. Məsələ burasındadır ki, “söhbət” edəndə də şəriki tamamilə haqlı çıxır, ətrafdakılara xeyirxah əməlli bir insan təsiri bağışlayırdı. Xaçmaz rayonunu az çox tanıyanlar, yayda heç olmasa bir dəfə Nabrana gələnlər “Şəfəq” restoranını tanımamış deyillər. Bir zamanlar adlı-sanlı, vəzifəli şəxslərin daimi yemək-içmək ünvanı olan bu obyektin yanından keçənlər rəhmətlik Ələmşah dayının suyundan içməmiş, çörəyindən kəsməmiş getməzdilər. Buranın müştəriləri də kifayət qədər nüfuzlu şəxslər idi. Lakin sonralar restoran başqa başqa adamlara satıldı və müxtəlif şəxslərə icarələrə verildi. Geri dön |