Ana Sayfa > Qərbi Azərbaycan > Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri hər şeyə qadirdir FOTO
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri hər şeyə qadirdir FOTO15-08-2016, 14:08. Yazar: admin |
Xəstə 20 yaşlı xanım, Baş ağrıları, başgicəllənmə, ürəkbulanma və qusma, yeriyərkən səndələmə,ümumi halsızlıq kimi şikayətlərlə müraciət etmişdir. Xəstənin anamnezindən məlum olur ki , 7 aylıq hamilədir, hamiləlik müddətində qeyd olunan şikayətlər olmuşdur, lakin, son 1 həftədə daha da artmişdir. Nevroloji statusda huşu aydındır, ümumi beyin əlamətləri , beyincik tipli ataksiya təyin edilir. Oftalmoloji müayinədə Vis OU=1 . İcra edilmiş. MRT müayinədə Sağ ənsə payını kompressiya edən tentoriumdan inkişaf edən həcmli törəmə (meningioma) aşkarlanır. USM Müayinədə 32 ci həftəyə uygun hamiləlik təyin edilir. Dz: "Sağ supratentorial yerləşmiş həcmli törəmə. 32 ci həftə hamiləlik". Xəstənin Kliniki ve nevroloji statusu dəyərləndirilərək ilkin olaraq " Hamiləliyin təcili Keysəriyyə əməliyyatı ilə sonlandırılması" (RNC Xəstəxanasına dəvət olunmuş Mama-Ginekoloqlar tərəfindən.) c/əməliyyat icra edildi. Bir həfə sonra planli İntracranial Cərrahi Müdaxilə " Sol təpə-ənsə nahiyəsində kraniotomiya və həcmli törəmənin xaricedilməsi" icra edildi. Əməliyyatdan sonraki dövr fəsadsız keçmişdir. Nevroloji defisitləri tam reqress etmişdir. Xəstə və yenidoğulmuş körpəsi tamamən sağlam fonda evə yazılmışdır. Cərrahlar : Dr. Qafarlı Ş. , Dr. Qafarlı F. , Rez. Dr. Bağirov R. Geri dön |