Ana Sayfa > Özəl / Qərbi Azərbaycan / İdman > Yaşlılar arasında cüdonun təhlükəsiz yıxılma proqramı üzrə beynəlxalq seminar təşkil edilib

Yaşlılar arasında cüdonun təhlükəsiz yıxılma proqramı üzrə beynəlxalq seminar təşkil edilib


24-08-2023, 21:27. Yazar: sevinc1
Yaşlılar arasında cüdonun təhlükəsiz yıxılma proqramı üzrə beynəlxalq seminar təşkil edilib

AİA.Az xəbər verir ki, 21-23 avqust tarixlərində Azərbaycan Cüdo Federasiyası (Azerbaijan Judo Federation) və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə sosial inkluzivlik çərçivəsində cüdo idman növünün əsaslarından birini təşkil edən təhlükəsiz yıxılma (Safe fall) üzrə beynəlxalq seminar təşkil edilib. Seminar “Safe fall” təlim və tədris üzrə beynəlxalq dərəcəli ekspert, Beynəlxalq Cüdo Federasiyasının Elmi şurasının üzvü, professor Maykl Kallan tərəfindən aparılıb.

İki gün ərzində xəstəxana şəraitində davam edən təlimə sosial həss qrup hesab olunan 45-65 yaşlı insanlar cəlb olunub. Seminar zamanı iştirakçılar yıxılmanın bədbəxt fəsadlarını azaltmaq üçün cüdonun xüsusi üsulları haqqında məlumat və təcrübi biliklər əldə ediblər.
Seminarın məqsədi cüdonun fiziki, əqli sağlamlıq, disiplin və bədən tərbiyə metodu kimi imkanlarından yararlanmaqdır. Həmçinin, təqaüd yaşına çatan yaşlıları ölümcül və zədəli yıxılmalardan qorumaq və onların sağlamlığının və əmək qabiliyyətinin qayğısına qalmaqdır.

Qeyd edək ki, təlimdən əvvəl bütün iştirakçılar Mərkəzimizdə hərtərəfli tibbi müayinədən keçib, onların iştirakının sağlamlıq vəziyyətlərinə uyğun olması təmin edilib.


Geri dön