Ana Sayfa > Özəl / Seçki 2024 > Gədəbəydə​ “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

Gədəbəydə​ “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir


24-08-2023, 20:35. Yazar: sevinc1
Gədəbəydə​ “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

Bu gün- 24 avqust 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində növbəti tədbirini keçirmişdir. Tədbirdə Milli Məclisin Depudatı Sevinc xanım Hüseynova da iştirak edirdi.

​AİA.Az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri qoydular. Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edili.

​ Tədbiri giriş sözü ilə açan Rüstəm Nağıyev Azərbaycan xalqının xilasgarı və müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.

​ Daha sonra çıxış edən natiqlər- Milli Məclisin Depudatı Sevinc xanım Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov,Gədəbəy rayon üzrə Gənclər və İdman Sektorunun rəisi Röyal İsmayılov və başqaları mövzu ətrafında geniş fikir mübadiləsi yürütdülər.

​ Sonda 2022-2023-cü tədris ilində Gədəbəy rayonunda qəbul imtahanlarında yüksək nailiyyət əldə etmiş bir qrup məzunlar tələbə adlarını qazandıqları üçün Fəxri Fərmanlar ilə təltif olundu.​ Tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

​ ​ ​

Geri dön