Ana Sayfa > Dünya > Davut Güloğlu canlı yayımda müğənnini söydü

Davut Güloğlu canlı yayımda müğənnini söydü


15-08-2016, 13:20. Yazar: admin



Müğənni Davut Güloğlu Yenikapı mitinqinə dair dedikləri ilə gündəmdə olan Sılaya canlı yayımda söyüş söyüb.

Müğənni Davut Güloğlu BeyazTv-də yayımlanan "Söylemezsem Olmaz" verilişində qonaq olub. Müğənni verilişdə Sıla Gençoğlunun İstanbulda keçirilən "Demokratiya və Şəhidlər Mitinqi" ilə bağlı söylədiyi "Zərbənin əleyhinəyəm, amma Yenikapıdakı şouya qatılmayacağam" fikrinə münasibət bildirib. O, Sılanı: "Cəhənnəm olsun getsin", - deyə təhqir edib.

Gələn reaksiyalar üzərinə Davud Güloğlu Twitter hesabından özünü belə müdafiə edib: "Başqalarının fikirlərinə demokratiya libası geyindirənlər vətənimə xidmət etməyənlərə qarşı olan fikrimi demokratiya kimi görmürlər".
Geri dön