Ana Sayfa > İqtisadiyyat > Yüksək məbləğdə pensiya almaq istəyən bunu MÜTLƏQ OXUSUN

Yüksək məbləğdə pensiya almaq istəyən bunu MÜTLƏQ OXUSUN


15-08-2016, 13:19. Yazar: admin



Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 292 mini ötüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara fərdi hesablarında pensiya kapitalı toplamalarına, bununla da öz gələcək etibarlı pensiya təminatında fəal iştirak etməyə imkan yaradır. Hər bir sığortaolunan fərdi uçot sistemində uçota alınaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın Dövlət Sosial Müdafiə Fondunda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi də rəsmiləşdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətindən istifadə etməklə, vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitallarına mütəmadi şəkildə nəzarət edə bilirlər.
Geri dön