Ana Sayfa > Seçki 2024 > Gəncədə sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib

Gəncədə sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib


24-08-2023, 12:53. Yazar: sevinc1
Gəncədə sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib

Gəncə şəhər İcra Hakimiyyətinin, Kəpəz Bələdiyyəsinin dəstəyi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə sahibsiz küçə heyvanları üçün inşa edilən sığınacaq istifadəyə verilib.

aia.az xəbər verir ki, “Yuva” adı ilə fəaliyyətə başlayan sığınacağın tikinti işləri Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən həyata keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni istifadəyə verilən sığınacağa baxış keçirib, burada yaradılan şəraitlə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi nəzərdə tutulub. Burada onların qidalandırılanması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.

Niyazi Bayramov görülən işlərlə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib. İcra başçısı bu nəcib təşəbbüsün ölkənin digər şəhər və rayonlarında da tətbiq olunmasının arzu etdiyini bildirib.
Xatırladaq ki, sığınacaq Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşir.

Azər Tağızadə
Geri dön