Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: Özbəkistanla Azərbaycanın imzaladığı Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.

Eltun Süleymanov: Özbəkistanla Azərbaycanın imzaladığı Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.


24-08-2023, 10:20. Yazar: sevinc1
Eltun Süleymanov: Özbəkistanla Azərbaycanın imzaladığı Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.

“Azərbaycan və Özbəkistan ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib ölkələrdir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və Türk Dövlətləri Birliyinin üzvüdürlər.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb. Azərbaycan və Özbəkistan arasında geniş miyqaslı əməkdaşlıq layihələrindən biri də 500 milyon dollarlıq kapitala malik birgə investisiya fondunun yaradılması barədə hökumətlərarası saziş imzalanmasıdır. Bu fondun iki ölkə arasında iqtisadi əməkdaşlığn güclənməsinə böyük töhfəsi olacaq.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Eltun Süleymanov qeyd edib ki,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi də təsadüfi deyildir.
Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev bu səfərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin göstəricisidir. Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum.”

Eltun Süleymanov qeyd edib ki, “Son illər Azərbaycanın ətrafında meydana gələn siyasi-iqtisadi proseslərin mənzərəsi deməyə əsas ver ki, Mərkəzi Asiya ölkələrinin Bakı ilə siyasi, iqtisadi, elmi, təhsil, mədəni və idman sahələrində əməkdaşlığa marağı yüksələn xətt üzrə inkişaf edir.
SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən respublikalar arasında rəsmi Bakı ilə münasibətlərini təkcə siyasi-iqtisadi sahədə yox, həm də elmi, mədəni sferada inkişaf etdirməyə maraq göstərən Özbəkistanda Azərbaycana diqqət getdikcə çoxalır. Ölkəmizin başçısı bəyanatında qeyd etdiyi kimi “Düşünürəm ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.”
Müsahibimiz son olaraq bildirib ki, Qarabağın işğaldan azad olunmasından sonra ölkəmizə ilk dəstək və yardım edən ölkələrdən biri də qardaş özbəkistandır. Hər zaman siyasi müstəvidə Azərbaycanı dəstəkləyən Özbəkistan bu sahədə də öz qardaş əlini uzatmışdır. Cənab Prezident İlham Əliyev bu dost köməyinin, qardaş ərmağanının bizim gələcək nəsillər üçün də faydalı olacağını qeyd edərək demişdir: “Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.”

Müsahibimiz son olaraq bildirib ki, “Azərbaycan_Özbəkistan əlaqələrinin inkişafına yüksək səviyyədə olmasına diqqət yetirən ölkəmizin başçısı bu qardaş ölkə ilə mümkün əməkdaşlığın bütün variantlarından istifadə edir. Çoxvektorlu xarici siyasətində cənab ilham Əliyev ən güclü Mərkəzi Asiya ölkəsi olan Özbəkistanla strateji tərəfdaşlıq səviyyəsinə yükəsləməyə doğru gedən münasibətləri inkişaf etdirir. Bu siyasət hər iki ölkənin maraqlarına uyğundur. Təsadüfi deyil ki, imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir.”
Geri dön