Ana Sayfa > Özəl > 24 avqust İmaməli Əhədzadənin doğum gündür
24 avqust İmaməli Əhədzadənin doğum gündür24-08-2023, 09:44. Yazar: sevinc1 |
Vətəninə şöhrət olan qəhrəman İmaməlı İmaməli Şəfəqqət oğlu Əhədzadə bu işıqlı dünyaya Lənkəran şəhərində gəlmişdi. O, Vətənini, xalqını öz canından artıq sevirdi. İnsan həyatının dəyərin də el-obaya təmənnasız xidmətdə görürdü. Lap kiçik yaşlardan vətənpərvər, qeyrətli böyümüşdü. 18 yaşına çatanda yaşadığı cəmiyyətdə hamı onu xalq üçün çalışan, xeyirxah məqsədlərə can atan Vətəninə bağlı bir gənc kimi tanıyırdı. 2015-ci ildə İmaməlini Milli Ordu sıralarına çağırırlar. Ürəyinin istəyini əsas götürərək cəbhə bölgəsində xidmət etmək istəyir. Belə də olur. Vətənini canından əziz bilən İmaməli məqamı gələndə onun daşına belə qurban getməyə and içir. Və ilk gündən vətəndaşı olduğu Azərbaycanın qarşısında övladlıq borcunu şərəflə verir. Həm də İmaməlinin son dərəcə mərdliyi, cəsurluğu, vətənpərvərliyi, ağıllı davranışı komandirlərində, əsgər yoldaşlarında ona böyük inam, etibar yaradır. Hər əməli insanlıqdan, millətə sevgisindən xəbər verir. Torpaqları düşmən tapdağında olan Qarabağın taleyi onu daha çox düşündürür. Əsgər yoldaşları ilə danışanda qəlbindəki qəzəblə bərabər, çəkdiyi əzablarda dilə gəlir. Daxili bir hiss- Vətən, torpaq naminə öyrənmək həvəsi onu hərbi təlimlərin qalib döyüşçü edir. İmaməlinin 2016-cı ildə baş vermiş Aprel döyüşlərində Lələ-təpənin və strateji mövqelərin alınmasında hünəri böyük olur. Beləcə Vətəni sevə-sevə, yağıya nifrət bəsləyə-bəsləyə 2017-ci ilin aprel ayında xidmətini nümunəvi başa vurub evinə, ata-anasının yanına qayıdır. 27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən, xalqımıza zəfər sevinci gətirən II Qarabağ müharibəsinə könüllü qoşulan İmaməli Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edir, yüksək şücaət göstərir. Əynində cəngavər libası Füzuli- Cəbrayıl istiqamətində yağı düşməni lərzəyə salır, neçə-neçə erməni faşıstin, texnikasının axırına çıxır. Hər müharibə meydanına girəndə azad olmuş Vətən torpaqları ona yeni güc verir. Torpaq uğrunda can qoyub mərdliklə şəhid olan anda da İmaməli əsgər yoldaşlarını qələbəyə səsləyir. O qələbəyə ki, artıq biz onun hesabına bütün dünyada qəhrəman xalq olduğumuzu sübut etdik. İndi Lənkəran camaatı İmaməlinin keçdiyi şərəfli ömür yoluna əsl qəhrəmanlıq məktəbi kimi baxırlar. Onunla qürur duyur, belə bir ömür yaşamağı müqəddəslik sayırlar. Dövlət də öz növbəsində İmaməli Əhədzadənin torpaqların azadlığı uğrunda rəşadətini nəzərə alaraq onu ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medallarına layiq görmüşdür. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |