Ana Sayfa > İdman > “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyuna çıxır
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyuna çıxır24-08-2023, 09:13. Yazar: sevinc1 |
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq. aia.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Sloveniya “Olimpiya”sı ilə qarşılaşacaq. Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Xatırladaq ki, “Qarabağ” daha əvvəl “Olimpiya” ilə 2018-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşıb və rəqibi üstələyib. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb, cavab oyunu heç-heçə (0:0) nəticələnib. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 31-i keçiriləcək. Avropa Liqası Pley-off (ilk oyun) 24 avqust 22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” Baş hakim: Georgi Nikolov Kabakov (Bolqarıstan) “Stojitse” stadionu, Lyublyana aia.az Geri dön |