Ana Sayfa > Manşet / Dünya > Priqojinin təyyarə qəzasında öldüyü təsdiqləndi -
Priqojinin təyyarə qəzasında öldüyü təsdiqləndi -24-08-2023, 09:08. Yazar: sevinc1 |
![]() Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb. aia.az xəbər verir ki, siyahıda Yevgeni Priqojin və Dmitri Utkinin də adları yer alır. Reklamınızı SmartBee ilə effektiv edin. Bildirilib ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub. *** 23 avqust, 22:51 Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi "Embraer Legacy 600" qəzaya uğrayıb. aia.az xəbər verir ki, "Rossiya 24" telekanalı iş adamı Yevgeni Priqojinin ölüm xəbərini yayıb. Priqojinin təyyarə qəzası nəticəsində öldüyünü "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov da təsdiqləyib. Qeyd edək ki, Tver vilayətində qəzaya uğrayan təyyarədə Priqojin də daxil olmaqla 10 nəfər olub. Rosaviasiya onların hamısının öldüyünü açıqlayıb. aia.az Geri dön |